Dünyanın ən varlı adamının 74 milyard dolları var
10 mart 2011 10:43 (UTC +04:00)

Dünyanın ən varlı adamının 74 milyard dolları var

Meksikalı mediamaqnat Karlos Slim “Forbes” jurnalının hər il tərtib etdiyi dünyanın ən varlı adamlarının reytinqində birinci yeri tutur. Lent.az-ın məlumatına görə, reytinqi tərtib edənlər Slimin varidatını 74 milyard dollar qiymətləndiriblər. 2010-cu illə müqayisədə onun varidatı 20,5 milyard dollar artıb.

Siyahıda ikinci yeri “Microsoft” şirkətinin əsasını qoyan Bill Qeyts tutur. Onun varidatı hazırda 56 milyard dollar təşkil edir. Qeyts bir ildə 3 milyard dollar varlanıb.

Bir il əvvəl olduğu kimi üçüncü yerdə amerikalı maliyyəçi Uorren Baffet gəlir. Onun 50 milyard dolları var. Baffetin də varidatı ötən illə müqayisədə 3 milyard dollar artıb.

2011-ci ilə kimi milyardçılar klubuna ancaq ABŞ-dan 100-dən çox adamın adı salınırdı. Bu il isə Rusiya və Çin də bu kluba 100-dən çox milyarderin adını “sala bilib”. Rusiyanın 101, Çinin isə 115 milyarderi var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar