Əlcəzair xarici işlər naziri: “Liviya terrorizm bazasına çevrilir”
Lent.az-ın “Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, Murad Medelçi deyib ki, hazırda Liviya ərazisinə böyük miqdarda silah aparılması qeydə alınır.
Əlcəzair xarici işlər naziri bildirib ki, bu silahdan yalnız liviyalılar yox, qonşu ölkələrdəki terrorçu qruplar da istifadə edəcək: “Əlcəzairin terrorizmə qarşı mübarizəsinin Liviyada qiyamın əli ilə “dəfn edilməməsi” lazımdır. Liviyanın terrorizm və qeyri-stabillik bazasına çevrilməsinə yol vermək olmaz. Əlcəzair Liviyada qan axmasının qarşısının alınması üçün beynəlxalq səylərdə iştirak etməyə hazırdır”.

589