Zimbabve ilə İranı birləşdirən uran
10 mart 2011 02:27 (UTC +04:00)

Zimbabve ilə İranı birləşdirən uran

Ancaq İslam Respublikasının xam urana ehtiyacını ödəyəcək dövlətin razılığının alındığı haqda xəbərlər də öz təsdiqini tapmaqdadır. Bu ölkə Zimbabvedir.

“MIGnews”in məlumatına əsasən, bu ölkənin xarici işlər naziri Zimbaraşe Mumbenqenve bildirib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiya “ədalətsizdir”.

Məlumata əsasən, Zimbabve uranı İran nefti ilə mübadilə etməyi planlaşdırır. Qeyd edək ki, bu ölkə də BMT-dən narazılar sırasındadır. Ağ dərililərə qarşı tutduğu mövqeyə, insan haqlarını pozduğuna görə, Zimbabve qurumun sanksiyasına məruz qalıb.

Zimbabve neft qarşılığında İrana “uran yataqlarına istisna giriş hüququ” verməyə hazır olduğunu bildirib.

Bu ölkədəki yataqlarda 450 min ton uran ehtiyatının olduğu iddia olunur. Mütəxəssislər hesab edir ki, Kanemba yatağında uranın işlənməsi üçün 2-3 il lazım olacaq.

Xatırladaq ki, bu yaxınlarda iranlı mühəndislər Afrikada uran yataqlarının axtarışına çıxdıqları barədə məlumatlar yayılmışdı. Həmin xəbərə görə, onların hədəflərindən birinin Zimbabvedəki mədənləri olduğu bildirilirdi.

Məlumata əsasən, atom bombası hazırlamaq üçün İrana uran əldə etmək vacibdir. “Associated Press” jurnalistinin əldə etdiyi xüsusi xidmət orqanlarının məruzəsində bildirilmişdi ki, böyük ehtimalla nüvə silahı əldə etmək üçün ölkənin uran ehtiyatı yetərsizdir.

Həmin sənəd görə, İranın xarici işlər naziri Ələkbər Salhi bu ilin fevralında gizli şəkildə “İslam Respublikasının Zimbabvedən uran almağa dair danışıqları bərpa etmək” məqsədi ilə Zimbabve hakimiyyətinin təmsilçisi ilə görüşüb.

“İranlı mühəndislər Afrikada uran yatağını, keyfiyyət və kəmiyyətini müəyyənləşdirdikdən sonra bu danışıqlar başlayıb” - deyə, kəşfiyyat materialında bildirilib.

Mənbənin iddia etdiyinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvü də müstəqil şəkildə təsdiqləyib. Onun məlumatına əsasən, Kooperasiya məsələləri üzrə məsul Abbas Cövəri Zimbabvenin paytaxtı Xararedə ölkə rəsmiləri ilə keçirdiyi görüşdə “kənd təsərrüfatı” ilə yanaşı “dağ-mədən sənayesi”nə dair məsələni də müzakirə edib.

Mənbə təsdiqləyib ki, İranın uran əldə etməməsi üçün beynəlxalq təzyiqlər güclənir. Xarici işlər naziri Salehinin səfəri də buna xidmət edib. İslam Respublikasının bu istiqamətdə fəaliyyət göstərən casusları uran axtarışı ilə bağlı Afrika, Asiya və Cənubi Amerikanın 10 artıq ölkəsini əhatə edir.


Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar