Suriya prezidenti “əfvi-ümumi” imzalayıb
Lent.az-ın “SANA” dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, əfv 2011-ci il martın 7-dək cinayət törətmişlərə şamil ediləcək.
Amma narkotik maddələrin qanunsuz satışı ilə məşğul olanlar, qətl törədənlər, terrorçular və başqa bu sayaq ağır cinayət əməllərində suçlananlar bu fərmandan yararlan bilməyəcək. Əfv həm də “siyasi cinayətkarlara” şamil edilməyəcək.
Bəşir Əsəd hakimiyyətdə olduğu 10 ilə yaxın müddət ərzində bir neçə dəfə belə əfv fərmanları imzalayıb. Amma bunların heç birində siyasi dustaqlar azad edilməyib.
Müşahidəçilərin fikrincə, B.Əsəd bununla bölgədəki olaylar fonunda ölkədə yaranmış gərginliyi azaltmağa səy göstərir.
Sədrəddin Soltan

575