Sevgililər Misirdə müharibəyə yol açıblar
09 mart 2011 14:30 (UTC +04:00)

Sevgililər Misirdə müharibəyə yol açıblar

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Qahirədə müsəlman və xristianlar arasında baş verən qarşıdurmada 8 xristian öldürülüb, 45 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ölənlərin hamısı güllə yarası alıb. Qarşıdurma isə keçən həftənin 4-cü günü başlayıb. Xristian Əşrəf İsgəndər müsəlman qızla sevgi romanı yaşayıb və bu, iki ailə arasında qalmaqala yol açıb. Qızın atası və əmisi oğlu naməlum şəxslər tərəfindən öldürülüb. Qatillər tapılmasa da, bu ölümdə xristianlar günahlandırılıblar. Müsəlmanlardan ibarət kütlə Qahirə yaxınlığındakı xristian kilsəni yandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar