Qarda əsir qaldılar...
“Kurtlar vadisi” serialının ilk rejissoru Osman Sınav və 75 nəfərlik yaradıcı heyət “Sakarya Fırat” teleserialının çəkilişi zamanı güclü qar və fırtına səbəbindən İspartanın Toros dağlarında əlacsız vəziyyətdə qalıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 5 saat ərzində 1600 metr yüksəklikdə qalan bu insanları cib telefonu vasitəsi ilə zəng açdıqları xilasedicilər xilas ediblər.
Rejissor və yaradıcı heyət avtomobillərindən də istifadə edə bilməyib. Bələdiyyənin göndərdiyi qrayderlər yol açsalar da, yolda buz bağladığından avtomobillərin hərəkəti mümkün olmayıb.
Osman Sınav isə deyib ki, çəkilişləri dayandırmağı düşünmürlər, hava mülayimləşəndə çəkilişləri davam etdirəcəklər: “İnşallah, teleserialın növbəti seriyasını efirə çıxmaq üçün yetişdirəcəyik. İki-üç gün içərisində çəkməyimiz lazımdır”.

490