Sarkozinin reytinqi yerlərdə sürünür
07 mart 2011 18:54 (UTC +04:00)

Sarkozinin reytinqi yerlərdə sürünür

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, sorğu radikal sağçı Milli Partiyanın liderliyini atasından təhvil alan Marin Lö Penin gələn ilki prezident seçkilərində ilk turda ilk sıraya yerləşəcəyini ortaya qoyub.

Sorğunun nəticələrinə görə, hazırda rəyi soruşulanların 23 faizi Marin Lö Peni dəstəkləyir. Bu nəticə ilə o, xalqın 21 faizinin dəstəyini alan prezident Nikola Sarkozini də, Sosialist Partiyasının namizədi olacağı gözlənilən Martin Obrini də geridə qoyur. Araşdırmalar hər üç Sarkozi seçicisindən birinin Marin Lö Penə simpatiya bəslədiyini göstərir.

Sorğunun nəticələrinə görə, prezident Nikola Sarkozinin reytinqi Fransa tarixində bir prezidentə verilən dəstəyin ən aşağı səviyyəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar