Ermənisiz Ermənistan, yoxsa demoqrafik fəlakətin başlanğıcı?
İqtisadi, hərbi və siyasi problemlər məngənəsində sıxılan Ermənistan indi də miqrasiya probleminin girdabındadır. Lent.az-ın “Nouvelles d Armenie” saytına istinadla xəbərinə görə, Rusiyanın 2006-cı ildə başlatdığı əhalini qəbul etmə proqramı İrəvanın belə demək mümkünsə, “belini qırıb”.
Əhalinin azalmasının qarşısını almaq məqsədilə Rusiya keçmiş SSRİ respublikalarından əhalini cəlb edərək kənar ərazilərə yerləşdirilməsinə dair proqram hazırlayıb. 2006-da qəbul olunan proqrama əsasən, gələn miqrantlar iş və yaşayış yeri ilə təmin edilməli, bir müddət sonra isə vətəndaşlıq almalıdırlar. Bu proqramın qəbulundan sonra Rusiya Miqrasiya Xidməti Ermənistanda nümayəndəlik açıb. Ötən il bu proqram çərçivəsində 2000 erməni Rusiyanın Kaluqa və Volqoqrad əyalətlərinə yerləşdirilib.
Ermənistan Mülki aviasiya Departamentinin xəbərinə görə, ötən il Ermənistandan gedən 87 000 nəfərin 60 000-i ölkəyə qayıtmayıb. Ölkəni birdəfəlik tərk edənlərin sayı isə ilbəil artır.
Əhalinin siyahıyaalınması mərkəzinin direktoru Karine Kuyumcuyan isə daha acınacaqlı faktdan danışır: “Əhalinin artımında ən məhsuldar nəsil – 1980-ci illərdə doğulan insanlar ölkəni daha çox tərk edir. Bu səbəbdən doğumlar böhran həddinə enib”.
Miqrasiya xidmətinin rəhbəri Qagik Yeqnayan kütləvi miqrasiyanın olmadığını bildirsə də, müxalifət və hüquq müdafiəçiləri tam əksini söyləyirlər.
Ümumilikdə müstəqillik dövründə Ermənistanı 1.1 milyon insan tərk edib. İnsanları miqrasiyaya təhrik edən isə əsasən işsizlik, siyasi təqiblər və müharibədir.
Bu yaxınlarda bir erməni idmançı Fransa qəzetlərinə belə demişdi: “İnsanlar çox zaman evlərini təyyarə biletinə dəyişirlər”.
Vüqar Ələsgərov

590