Eşqbazlıq Belçika polisinin şefini kreslosundan etdi
07 mart 2011 17:04 (UTC +04:00)

Eşqbazlıq Belçika polisinin şefini kreslosundan etdi

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Fernand Kukelberq bildirib ki, 2007-ci il martın 1-dən bu postu tutmasından sonra daima hücumlara məruz qalıb.

Dörd ay əvvəl qızını itirdiyini xatırladan baş komissar artıq ədalətsizliklərə və ünvanına səslənən ittihamlara dözə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, Fernand Kukelberq vəzifəyə keçəndən bu günə qədər ən azı 5 dəfə KİV-də qalmaqal mərkəzində olub, Belçika Daxili İşlər Nazirliyi haqqında daxili araşdırma aparıb. Bu qalmaqalların mərkəzində isə Fernand Kukelberqin katibəsi Silvii Rikur ilə əlaqələri olub. O, bu xanımı məsləhətçisi təyin edib. Gənc qadının xidmətdə növbədənkənar yüksəlişi Fernand Kukelberqin eşqbazlığı barədə söhbətlərin daha da yayılmasına yol açıb. Son damla isə baş komissarla Silvii Rikurun keçən ilin noyabrında Qətərə səfər etməsi olub. Çünki bu səfər Belçika polisinin daxili normalarına əsasən, 2 dəfə çox xərc aparıb.

Belçika Federal Polisinin baş komissarı postunu Belçika Cinayət-Axtarış Polisinin baş direktoru Pol Van Tilepin tutacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar