Qəddafinin oğlu: “Liviya Somaliyə dönər...”
Lent.az-ın “Franse-2” telekanalına istinadən verdiyi məlumata görə. Seyf əl-İslam deyib ki, Avropa Birliyinin dəstəyi olmasa, Liviya Aralıq dənizinin Somalisinə çevriləcək. Liviya liderinin oğlu qeyd edib ki, Avropa Birliyinin mövcud vəziyyətə müdaxiləsi olmazsa, bütün Liviya sahilləri, o cümlədən Kirit və Siciliya adaları dəniz quldurlarının sığınacağına çevriləcək: “O halda da Avropa milyonlarla qaçqın axınına məruz qalacaq”.
Seyf əl-İslam bir daha bəyan edib ki, Liviyada baş verənlər Tunis və Misirdə olanlara bənzəmir: “Tunis və Misirdə dinc aksiyalar keçirilirdi. Liviyada isə hakimiyyət uğrunda silahlı qruplar mübarizə aparır”.
Bu gün Liviya hökuməti xaricdən gətirilən mallara tətbiq olunan gömrük vergisini ləğv edib. Hökumət bildirib ki, bu addım bazar günü Misrata və Ez-Zaviya şəhərlərinin Müəmmər Qəddafinin nəzarətinə keçməsi ilə bağlı atılıb.

Oxşar yazılar

İsrail Qəzzanı VURDU: 70 nəfər öldü
30 may 2025 , 07:25
"Ford" 1 milyondan çox avtomobili geri çağırır
30 may 2025 , 05:45
Tayson və Yemelyanenko arasında döyüş keçirilə bilər
30 may 2025 , 00:57
Serj Sarqsyan 3 milyon dollar rüşvət alıb?
29 may 2025 , 20:44
Kriptovalyuta üçün şərikinə 3 həftə işgəncə verdi
29 may 2025 , 06:31
Federal Məhkəmədən qalmaqallı qərar - Trampın rüsum qərarını blokladı
29 may 2025 , 05:23
Üç məşhur öncəgörəndən 2025-ci il üçün DƏHŞƏTLİ PROQNOZ
28 may 2025 , 20:15