96 dəqiqə ürək masajı və... yenə də həyat
Lent.az-ın “CBS”ə istinadən verdiyi məlumata görə, onların hamısı yoldan keçənlər olub.
Minnesota ştatının Qudxyu şəhərində yaşayan 54 yaşlı Snitser gözlənilmədən yanacaqdoldurma məntəqəsinin yaxınlığında huşunu itirib. Məntəqədə işləyən El və Roy Lodermayer qardaşları kişinin ürəyinin dayandığını müəyyən ediblər və dərhal ürək masajına başlayıblar. 15 dəqiqə ərzində onlara 20-dən çox yoldan keçən şəxs qoşulub. Onlar Meyo klinikasından vertolyot gözləyərək, masaj zamanı bir-birini əvəz ediblər. Nəticədə, 96 dəqiqə müddətində Snitserin qan dövranı saxlanılıb.
Vertolyotla hadisə yerinə gələn həkimlər onun ürəyinə dərman yeridiblər və elektroimpuls terapiyasına başlayıblar. Snitserin ürəyi 12-ci cəhddən sonra fəaliyyətə qayıdıb. Tibb bacısı Seri Svoboda kişinin sözün həqiqi mənasında o dünyadan qayıtdığını bildirib: “O, artıq ölmüşdü”.
İlkin müayinə göstərib ki, ürək dayanmasına geniş miokard infarktı səbəb olub. Yoldan keçən insanların səyi nəticəsində, ürəyin uzun müddət dayanması digər orqanların, ilk növbədə beynin ölməsinə səbəb olmayıb. Hazırda Snitserin vəziyyəti normaldır.

543