Hakan Şükür siyasətə qoşuldu
Lent.az-ın “Milliyyət” qəzetinə istinadən verdiyi məlumat görə, bu ilin yayında keçiriləcək parlament seçkilərində Mehmet Atalay, Hakn Şükür, Şərəf Əroğlu və İbrahim Kutluay Ədalət və İnkişaf partiyasının namizədi kimi iştirak edəcəklər. Artıq həmin şəxslər hakim partiyanın üzvü kimi qeydiyyatdan keçiblər.
Türkiyə futbol yığmasının keçmiş üzvü Saffet Sancaklı, həmçinin Mahmud Dəmir və Dedat Bayram isə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının namizədi olacaq.
Qeyd edək ki, adları qeyd olunan idman adamları aktiv siyasi fəaliyyətlə məşğul olmaq istədiklərini qeyd ediblər. AKP-nin üzvü olan Mehmet Atalay “Ərdoğan bizim baş məşqçimizdir. Harada istəsə orada oynayacağıq” deyib.
Müxalifətin namizədi olmağa hazırlaşan Saffet Sançaklı isə uzun illər MHP-yə rəğbətinin olduğunu və bu partiyaya sadiq qalacağını deyib.

573