Türkiyədə jurnalistlər mitinq keçirib
Türkiyədə bir qrup media mənsubu ölkədə jurnalistlərə qarşı repressiya dalğası ilə əlaqədar etiraz aksiyası keçirib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İstanbulun Taksim meydanına toplaşan media təmsilçiləri və omlara dəstək verən ictimaiyyət nümayəndələri martın 3-də terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində 9 jurnalistin polis tərəfindən həbs edilməsinə etirazlarını bildiriblər.
Türkiyə Jurnalistlər Sindikatı və “Jurnalistlərə Azadlıq” Platforması tərəfindən təşkil olunan aksiya yürüşlə davam edib. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Mehmet Sevigən də azad mətbuata dəstək məqsədilə yürüş-mitinqə qatılıb.
Qeyd edək ki, Türkiyədə apardığı jurnalist araşdırmaları ilə tanınan “Milliyet” qəzeti və “Star” televiziyasının əməkdaşı Nedim Şənər də daxil olmaqla 9 jurnalist martın 3-də “Terror təşkilatı “Ergenekon”a üzvlük” ittihamı ilə həbs olunub. Bununla da Türkiyədə həbsdə olan media mənsublarının sayı 62-yə çatıb. Onların hamısı Türkiyədəki mövcud hökumətə qarşı müxalif mövqedədir.

Oxşar yazılar

Üç məşhur öncəgörəndən 2025-ci il üçün DƏHŞƏTLİ PROQNOZ
28 may 2025 , 20:15
HƏMAS lideri öldürüldü - Netanyahu təsdiqlədi
28 may 2025 , 19:37
Tanınmış yazıçının meyiti zibillikdən tapıldı
28 may 2025 , 19:00
Bəbir uşaqların gözü önündə ananı parçaladı
28 may 2025 , 15:39
Rusiyada DƏHŞƏT: Yeniyetmə dörd nəfəri qətlə yetirdi, daha sonra özü öldü
28 may 2025 , 07:52
"Optimus" robotlarının əsas çatışmazlığı açıqlandı
28 may 2025 , 07:04
Fransada güclü dolu 330 milyon avro zərər vurdu
28 may 2025 , 05:05