Hillari Klinton: “ABŞ informasiya müharibəsində uduzur”
04 mart 2011 10:46 (UTC +04:00)

Hillari Klinton: “ABŞ informasiya müharibəsində uduzur”

ABŞ dövlət katibi Hillari Klinton digər dövlətlərə informasiya müharibəsində uduzduqları üçün xarici siyasət idarəsinin büdcəsinin ixtisarının yolverilməz olduğunu bildirib. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Senatın Beynəlxalq Məsələlər Komitəsindəki dinləmələr zamanı çıxış edən Hillari Klinton deyib ki, ABŞ informasiya müharibəsi aparır və bu müharibədə uduzur.

O qeyd edib ki, Dövlət Komitəsi yaxın illərdə internet-layihələrə 30 milyon dollar xərcləmək niyyətindədir, ancaq bu da problemin tam həlli demək deyil: “İnsanların böyük əksəriyyəti hələ də məlumatları öz televiziyalarından və radioqəbuledicilərindən alır. Soyuq Müharibədən sonra KİV-ə və təbliğata ayrılan xərclərin ixtisarı ona gətirib çıxardı ki, ABŞ informasiya müstəvisində digər oyunçulara uduzdu. İndi bunun ağır nəticəsi ilə üz-üzəyik”.

O, ABŞ üçün informasiya müharibəsində ciddi rəqib olan KİV-lər sırasında Qətərin “Əl-Cəzirə”, Çinin CCTV, Rusiyanın “Russia Today” telekanallarının adını çəkib.
Qeyd edək ki, Barak Obama administrasiyası 2012-ci ildə Dövlət Departamentinə 47 milyard dollar ayrılmasını istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar