FOA xəbərdarlıq etdi
03 mart 2011 20:07 (UTC +04:00)

FOA xəbərdarlıq etdi

Əsas ərzaq məhsullarının qiymətləri növbəti tarixi maksimuma çatıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün BMT-nin Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) elan edib.

2011-ci ilin yanvarı ilə müqayisədə ərzaq məhsullarının qiyməti 2,2 faiz yüksəlib. FOA-nun ərzaq səbətinə çörək, ət, şəkər, bitki yağı və digər ərzaq növləri daxildir. FAO mütəxəssisləri hesab edirlər ki, bu gün Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən sosial çaxnaşmaların da kökündə ərzaq məhsullarının bahalaşması durur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar