Dünyanın ən bahalı evləri
03 mart 2011 19:30 (UTC +04:00)

Dünyanın ən bahalı evləri

Evdən çox, malikanəni, qəsri xatırladan evlərin qiyməti isə olduqca bahadır. Həmin evlərin qiyməti yüz milyon dollarlarla ölçülür. Lent.az belə evlərdən bəzilərinin fotoşəkillərini təqdim edir.


1. “Antilla” – Mumbai, Hindistan. Bu evin qiyməti 1 milyard dollardır. Dünyanın ən varlı 5-ci adamı olan hindistanlı biznesmen Mukeşh Ambaniyə 1 milyard dollara başa gələn ev 27 mərtəbəli göydələndir.


2. “Villa Leopolda” – Fransa. Qiyməti 506 milyon dollar olan bu villa 1902-ci ildə Belçika kralı Leopold II tərəfindən tikilib.



3. “The Penthouse” – London, İngiltərə. 200 milyon dollarlıq evdə mənzil sahibi olmaq üçün hər kvadratmetr üçün 60 min sterlinq ödəmək lazımdır.



4. Hearst Malikanesi - Beverly Hills, Kaliforniya. Malikanənin qiyməti 165 milyon dollardır.



5. “The Pinnacle” - Montana, ABŞ. Qiyməti 155 milyon dollardır.


6. “The Manor” - Los Anceles, ABŞ. Qiyməti 150 milyon dollardır.


7. “Updown” Sarayı – İngiltərə. Qiyməti 139 milyon dollardır.

8. “Drakula” Qəsri – Rumıniya. Qiyməti 135 milyon dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2367

Oxşar yazılar