Saleh özünü itirib
Yəmən prezidenti Əli Abdulla Saleh ərəb ölkələrindəki iqtidar əleyhinə hərəkatların arxasında ABŞ və İsrailin olduğuna dair açıqlamasına görə Vaşinqtondan üzr istəyib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Ağ Evdən verilən açıqlamada bildirilib ki, Əli Abdulla Saleh Ağ Evin terrorla mübarizə məsələləri üzrə müşaviri Con Brennan ilə telefon söhbətində ABŞ və İsraillə bağlı sözlərinin yanlış anlaşılmasına görə üzüldüyünü söyləyib.
Eyni zamanda Əli Abdulla Saleh Yəməndə siyasi islahatların aparılması üçün əlindən gələni edəcəyini vurğulayıb.
Xatırladaq ki, Yəmən prezidenti Səna Universitetindəki çıxışında Təl-Əvivdə ərəb dünyasında qarışıqlıq yaratmaq üçün bir hərəkat otağı qurulduğunu və bu qurumun Ağ Ev tərəfindən idarə olunduğunu bildirib.
Qeyd edək ki, Yəmən prezidenti bu gün müxalifətlə danışıqlarda 9 ay ərzində prezident kürsüsünü tərk edəcəyinə də söz verib.

598