Sudanda qanlı qarşıdurma: ən azı 100 ölü
03 mart 2011 16:15 (UTC +04:00)

Sudanda qanlı qarşıdurma: ən azı 100 ölü

Sudandan ayrılan, keçirilmiş referendumun nəticəsinə uyğun olaraq bu ilin yayında müstəqilliyini elan etməyə hazırlaşan Cənubi Sudan indi də torpaq iddiası ilə çıxış edir. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, iki dövlətin sərhədindəki Abyei bölgədə baş verən silahlı qarşıdurmada ən azı 100 nəfər ölüb.

Ölənlərin əksəriyyəti polisdir. Silahlı qarşıdurmadan sonra bölgədəki qadın və uşaqlar kütləvi halda bölgədən şərqə doğru qaçırlar.

Qeyd edək ki, əsasən müsəlmanların yaşadığı Şimali Sudan və xristianların yaşadığı Cənubi Sudan arasında kiçik dəniz olan Ərəb dənizindən 50 kilometr uzaqlıqda yerləşən Abyei bölgəsində əsasən Afrika və ərəb qəbilələri yaşayırlar. Bu bölgənin də gələcək taleyini müəyyənləşdirmək üçün referendum keçirilməsi gündəmdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar