Nasir və ya Sadat...
Bu ilin iyulunda Misirdə parlament, avqustunda isə prezident seçkilərinin keçiriləcəyi planlaşdırılıb. Prezidentliyə namizədlər arasında ölkənin ikinci və üçüncü prezidentlərinin iki yaxın qohumunun da adı çəkilir. Lent.az-ın məlumatına görə, Camal Əbdül Nasirin oğlu və Ənvər Sadatın qardaşı oğlu da seçkilərdə iştirak etməyə hazır olduqlarını bildiriblər.
55 yaşlı Əbdül Hakim Əbdül Nasir Almaniyada çıxan “Bunte” qəzetinə müsahibəsində deyib ki, o, dövləti idarə etmək məsuliyyətini üzərinə götürməyə hazırdır. Onun sözlərinə görə, Camal Əbdül Nasirdən azadlıq, sosial ədalət, bərabər imkanların yaradılması prinsipləri miras qalıb, atası Misirin çiçəklənməsi uğrunda çalışıb. “Bu prinsiplər Hüsnü Mübarəkin hakimiyyətdən getməsinə nail olmuş müxalifəti müdafiə edib” - deyə, oğlu Əbdül Nasir bildirib.
Əbdül Hakim əlavə edib ki, əgər misirlilər yeni Nasiri dövlətin başında görmək istəsə, onda o, həmvətənlərinin bu arzusuna tabe olaraq, Misirə xidmət etməyə hazırdır.
57 yaşlı Talib Tələt Sadat isə prezidentliyə namizədlik iddiasından öncə bildirmişdi ki, Hüsnü Mübarəkdən qalan Milli Demokratik Partiyanın sədri olmaq uğrunda mübarizə aparmaq üçün namizədliyini irəli sürəcək və prezidentlik uğrunda mübarizə aparmaq niyyətində deyil. O, sözügedən partiyaya başçılıq edib, islahat apardıqdan sonra parlament seçkilərində bəxtini sınacağını demişdi. Londonda çıxan “Əş-Şərq əl-Ovsat” qəzetinə müsahibəsində isə əlavə edib ki, ölkənin prezidenti hərbçi olmalıdır: “O, Mübarək rejimindən qalma korrupsiyanı ləğv etməlidir”.
Qeyd edək ki, Tələt Sadat 2006-cı ildə Misir zabitlərinə qarşı çıxış etdiyinə görə, həbs olunmuşdu. O, bildirmişdi ki, hərbçilər Ənvər Sadatı satdıqları üçün Misirin üçüncü prezidenti öldürülüb.
Sədrəddin Soltan

504