Su kanalındakı çantada 6 və 10 yaşlı uşaq meyitləri tapıldı
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, su kanalındakı çanta və kisə polisin diqqətini çəkib.
Dalğıclar çanta və kisəni sudan çıxarıblar. Orada 6 və 10 yaşlarında oğlan və qız meyitləri aşkarlanıb. Florida polisinin mətbuat xidmətinin rəhbəri Delrey-Biç deyib ki, bu su kanalı ABŞ-da mühüm su nəqliyyat dəhlizlərindən olduğu üçün hadisənin başqa ştatlarda da törədilməsi mümkündür.
Kisədəki oğlan meyiti çox sonra aşkar edilsə də, polis cinayətlərin öz aralarında bağlı olduğunu istisna etmir. Meyitlər ekspertizaya göndərilib. Hələlik cəsədlər üzərində hər hansı zorakılıq əlaməti olduğu barədə məlumat yoxdur. DNT analizi isə uşaqların axtarışda olmadığını göstərib.
Dalğıclar dəhşətli olayın üstünü aça biləcək sübutlar tapmaq üçün su kanalında yenı axtarışlar aparmaq niyyətindədirlər.

486