Robert Kennedinin qatili dəmir barmaqlıqlar arxasında qaldı
03 mart 2011 11:23 (UTC +04:00)

Robert Kennedinin qatili dəmir barmaqlıqlar arxasında qaldı

Senator Robert Kennedini 1968-ci ildə qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İordaniya əsilli Sirxan Sirxanın şərti azadlığa buraxılması xahişi rədd edilib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 66 yaşlı Sirxan Sirxan martın 2-də Kaliforniya ştatının Koalinq şəhər həbsxanasında komissiya qarşısına çıxıb.

O deyib ki, hər gün həyatında baş vermiş bu hadisəyə görə təəssüflənir. Sirxan Sirxan islah olunduğunu, xristian kimi hər bazar günü ibadət etdiyini bildirib. Sirxan Sirxan komissiyanın onu azad etməyə çağırıb və bildirib ki, əgər ABŞ qərar verərsə, vətəni İordaniyaya qayıtmağa hazırdır.

Komissiya Sirxan Sirxanın söylədiklərinə inanmayıb və xahişini rədd edib. Komissiyanın bu qərarı verməsinin əsas səbəbi Sirxan Sirxanın Robert Kennedini öldürməsinin xarici təsirlə izah etməyə çalışması olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar