Devid Vud özünü “eBay”da hərraca çıxardı
02 mart 2011 20:47 (UTC +04:00)

Devid Vud özünü “eBay”da hərraca çıxardı

0
Lent.az-ın “Small World News Service” nəşrinə istinadən verdiyi məlumata görə, Devid Vud özünü satış üzrə təcrübəli mütəxəssis və işinə entuziazmla can yandıran şəxs kimi təqdim edib.

Devid Vud bildirib ki, 2 ildir ki, iş axtarır, ancaq axtarışları nəticə vermir. O deyib ki, 2011-ci ilin əvvəlində özünü öldürmək istəyib, anaq sonradan bu ideyadan əl çəkib və özü haqqında “eBay”da elan yerləşdirməyə qərar verib. Bristol sakini özünün əmək qabiliyyətini ildə 35 min funt-sterlinq qiymətləndirir. Elan saytda martın 1-də qeydə alınıb, ancaq “eBay”da Devijd Vudun səhifəsinə daxil olmaq mümkün deyil. Saytın səhifəsində qeyd olunub ki, elan rədd edilib. Lakin bunun səbəbinə də aydınlıq gətirilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 716

Oxşar yazılar