İranın körfəzdəki neft platforması batıb
Lent.az-ın “İRNA”ya istinadən məlumatına görə, 1900 tonluq platforma “Xenqam” yatağından aralanandan az sonra batıb.
Bu qurğu istismara verildikdən sonra həmin yataqda bir neçə quyunun qazılmasında istifadə olunub. Platforma işə düşəndə İran bəyan edirdi ki, orada sutkalıq neft hasilatını 30 min barelə çatdıracaq.
“Xenqam” yatağı Hörmüz boğazının 50 kilometrliyində, İranın körfəzə “əsas qapısında” yerləşir. Bu yataq həm də İranla Omanın mülkiyyəti sayılır. Əvvəllər İran “Xenqam”dakı iki quyudakı bir platformadan sutkada 16 min barel neft hasil edirdi.
Sədrəddin Soltan

499