Buşəhr AES dayandı
02 mart 2011 19:12 (UTC +04:00)

Buşəhr AES dayandı

İranın ilk Atom Elektrik Stansiyası (AES) istehsala başlamadan fəaliyyətini dayandırıb.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Rusiya tərəfindən inşa edilən Buşəhr AES-də soyutma pompasının qırıldığı, bu səbəbdən 4 ay öncə doldurulan nüvə yanacağının geri boşaldıldığı bildirilib.

Nasazlığın aradan qaldırılmasının 3 ay çəkməsi gözlənilir. Tehran yanacağın boşaldıldığını Beynəlxalq Atom Enerjisi Təşkilatına da bildirib və səbəb olaraq soyuducu pompanın qırılmasını göstərib.

Rusiya mənbələri isə stansiyada 1970-ci ildən qalma 4 pompa olduğunu, onlardan birinin zərər gördüyünü və 3 millimetrlik metal parçalarının soyutma sisteminə girdiyini bildiriblər. Bu parçalar sistemdən təmizləndikdən sonra reaktora yenidən yanacaq yüklənməsi planlaşdırılır.

Mütəxəssislər isə bildirirlər ki, nasazlıq aradan qaldırılmasa, radioaktiv sızıntı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar