İran Novruz Bayramından da yararlanmaq niyyətindədir
02 mart 2011 14:12 (UTC +04:00)

İran Novruz Bayramından da yararlanmaq niyyətindədir

Bu məqsədlə dünyanın çeşidli dövlətlərinin başçıları İrana dəvət olunub.

İran informasiya vasitələrinin məlumatına əsasən, YUNESKO-nun Novruz Bayramını dünyanın bayramları siyahısına daxil edilməsi ilə əlaqədar, bu törən «dünyada İranın rəhbərliyi altında keçiriləcək».

İranın mədəniyyət və islam əlaqələri üzrə təşkilatının başçısı Məhəmmədbağır Xürrəmşadın sözlərinə görə, İslam Respublikasının səfirlikləri və mədəniyyət mərkəzləri Novruz bayramı günlərində kütləvi-mədəni tədbirlər keçirəcək. Xaricdə keçiriləcək tədbirlərdə isə İran təmsilçiləri «həm qonaq, həm də ev yiyəsi olacaqlar».

Təşkilat başçısı qeyd edib ki, ölkəsinin xaricdəki mədəniyyət mərkəzlərinin sayını 30 faiz artırmağı planlaşdırırlar.

M.Xürrəmşad onu da bildirib ki, başçılıq etdiyi qurum bu məqsədlə büdcəni təxminən 40 milyon manatdan (50 milyard tümən), 120 milyon manata (150 milyard tümən) qədər artırılması ilə bağlı müraciət edəcəklər.

Xatırladaq ki, Novruz Bayramı 2009-cu ildə YUNESKO tərəfindən maddi dünyanın olmayan irsi siyahısına daxil olunub. 2005-ci ildə Tehran hakimiyyəti bu quruma müraciət edərək, onu «İranın Milli bayramı» kimi qeydə alınmasını YUNESKO-dan istəmişdi. Ancaq BMT-nin bu qurumu İranın bu istəyini qəbul etməmişdi.

İndiki şəraitdə bu bayram Tehran hakimiyyəti üçün çox yaxşı fürsət kimi də dəyərləndirilə bilər. İslam Respublikası bu bayrama müsəlman dövlətlərinin başçılarını dəvət etməklə hələ təcrid olunmadığını, eləcə də sanksiyaların ona beynəlxalq miqyaslı tədbirlər keçirməyə əngəl törətmədiyini, habelə «islam dünyasının onunla bir olduğunu» nümayiş etdirməyə çalışır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar