Qəddafinin tibb bacısı kefli halda qalmaqal yaradıb
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, keçən bazar Liviyadan Ukraynaya gələn Qalina Kolotnitskaya aeroportda yük təyyarəsinin göyərtəsində göndərilməsinə kəskin etirazını bildirib.
Tibb bacısı özünü həddən çox aqressiv apardığı üçün onun pasportu əlindən alınıb. Qalina Kolotnitskayanı faktiki təyyarəyə “basmaq “lazım gəlib. O, burada da qışqırıb və yük təyyarəsində deyil, “statusuna görə” sərnişin təyyarəsində uçmalı olduğunu söyləyib. Soyadını pilotlara deyən Qalina Kolotnitskaya tələbləri yerinə yetirilməzsə, bütün pilotların işdən qovulacağını dilə gətirib. Əvvəlcə onu yerə uzatmaq istəsələr də, sonra pasportunu almaqla vəziyyəti qaydaya salmaq mümkün olub. Qalina Kolotnitskayanın nəzərinə çatdırılıb ki, əgər çığır-bağırı davam etdirsə, davakarların “qara siyahısı”na salınacaq və gələcəkdə təyyarənin göyərtəsinə buraxılmayacaq...

572