“Baron Copy-Paste” istefa verib
Almaniyanın müdafiə naziri Karl Teodor Guttenberq istefa verib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, kabinetin ən populyar naziri olan və baş nazir Angela Merkeldən sonra sonra Xristian Demokrat Partiyasının rəhbəri olması gözlənilən Karl Teodor Guttenberq plagiatçılıqda ittiham edilib.
Nazirin 2007-ci ildə doktorluq dissertasiyasının bir hissəsini mənbə göstərmədən köçürdüyü məlum olub. Bundan sonra ictimaiyyətin “Baron Copy-Paste”, “Zu Googleberg” ləqəbi qoyduğu Karl Teodor Guttenberqin istefası tələb edilib.
Baş nazir Angela Merkel nazirini müdafiə edərək, ortada istefaya səbəb olacaq durum olmadığını bildirib. Karl Teodor Guttenberq isə bilərək etməsə də, mənbə göstərməməsinin yanlış olduğunu qəbul edib və üzüldüyünü açıqlayıb. Keçən həftə Bayreut Universiteti plagiata yol verildiyini təsdiqləyib və nazirin doktorluq ünvanını geri alıb. Dünən 23 min elm adamı Karl Teodor Guttenberqin müdafiə naziri vəzifəsindən getməsini istəyib. Nazir istefa ərizəsini təqdim edib.

582