ABŞ-da əməliyyat: 24 ölkənin 628 vətəndaşı həbs olunub
Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, 2010-cu ilin dekabrından 2011-ci ilin fevralına qədər olan müddətdə ABŞ-ın 168 şəhərində aparılan əməliyyat zamanı 678 nəfər həbs edilib.
Həbs edilənlərin 72-si qadındır. Əməliyyat zamanı 86 ədəd odlu silah, 70 min dollar, 13,6 kiloqram marixuana və digər narkotik vasitələr müsadirə edilib. Şübhəlilər 133 müxtəlif cinayətkar qruplaşmaya mənsubdurlar. Həbs edilənlərin böyük əksəriyyəti Cənubi və Mərkəzi Amerika, Asiya, Afrika və Karib hövzəsində yerləşən 24 ölkənin vətəndaşlarıdır.
Saxlanılanlar arasında yer alan 36 yaşlı Andrey Melnikov ABŞ-da leqal yaşayan Rusiya vətəndaşıdır. O, “Valleros” cinayətkar qruplaşmasının üzvüdür və avtomobil qaçırılması ilə məşğul olub.
Polisin açıqlamasında qeyd olunur ki, cinayətkar qruplaşmalar tək narkotik vasitə qaçaqmalçılığı ilə yox, həm də silah və insan ticarəti ilə məşğul olublar.

447