ABŞ Liviya sahillərinə aviadaşıyıcı göndərdi
01 mart 2011 16:23 (UTC +04:00)

ABŞ Liviya sahillərinə aviadaşıyıcı göndərdi

0
Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, aviadaşıyıcı Liviyadakı vətəndaş müharibəsi ilə əlaqədar, Somali quldurları ilə mübarizə tapşırığından geri çağırılıb.

Qeyd edək ki, Penntaqon hələ fevralın 28-də Şimali Afrika sahillərində Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin yenidən qruplaşdırılacağını bildirib. ABŞ və Böyük Britaniya liderləri isə Liviyada müxalifəti qorumaq üçün hərbi gücə əl atacaqlarını istisna etməyiblər. Məsələn, Britaniyanın baş naziri Devid Kemeron Müəmmər Qəddafinin nümayişçilərə qarşı təyyarə və vertolyotlardan istifadə etdiyi təqdirdə, onun özünə qarşı da hava zərbələrindən istifadə olunacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 707

Oxşar yazılar