Omanda da vəziyyət gərginləşir
01 mart 2011 14:42 (UTC +04:00)

Omanda da vəziyyət gərginləşir

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq 4 gündür, ölkədə işsizliyin və yoxsulluğun aradan qaldırılması, siyasi islahatların aparılması tələb ilə aksiyalar keçirilir. Ölkənin şimalında liman şəhəri olan Soharda keçirilən aksiyanın dağıdılması üçün havaya atəş açılıb. Hərbçilərin açdığı atəş nəticəsində ölənlər olub. Ancaq ölənlərin sayı barədə dəqiq məlumat yoxdur. Belə ki, şahidlər 6 nəfərin öldüyünü bildirsə də, Səhiyyə Nazirliyi 1 nəfər həlak olduğunu açıqlayıb.



Qeyd edək ki, 40 ildir, iqtidarda olan Sultan Kabus bin Səid ötən gün ölkədə 50 min nəfərlik iş yerinin açılacağı, işsizlik maaşının artırılacağı, iqtidarın parlamentə bənzər məsləhət şurası ilə əvəzlənəcəyi barədə vəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar