Ağ ev İranı insan haqlarını tapdamaqda suçlayır
28 fevral 2011 19:56 (UTC +04:00)

Ağ ev İranı insan haqlarını tapdamaqda suçlayır

İslam Respublikasında İnsan haqlarının pozulmasının artmasından rahatsız olan rəsmi Vaşinqton bu məsələ ilə bağlı Tehran hakimiyyətini mühakiimə edib. Ağ Ev yanında milli təhlükəsizlik şurasının təmsilçisi Tommi Vietor bu haqda bəyana verərək, deyib: «İran hakimiyyətinin insanları hədələmək və onlarda xof yaratmaq kampaniyası apardığına, eləcə də siyasi fiqurların, hüquq müdafiəçilərinin, siyasi fəalların, tələbə liderlərin, jurnalist və bloggerlərin həbs olunmasına görə Ştatlar İslam Respublikasını mühakimə edir. Hakimiyyət öz vətəndaşlarının sərbəst şəkildə informasiya əldə etməsinə əngəl törədir, İnternet-saytları bağlayır və ya peyklərin siqnal ötürməsinə mane olur».

Onun sözlərinə görə, Tehran hakimiyyəti vətəndaşların öz aralarında fəal dialoq aparması, habelə söz və sərbəst toplaşmaq azadlığı üçün şərait yaratmalıdır.

«ABŞ da daxil olmaqla bütün dünya İran hakimiyyətinin öz vətəndaşlarının təməl insan haqlarını pozmasının və ikiüzlülüyünün şahididir» - deyə, o, söyləyib.

İran hakimiyyətinin «ikiüzlülüyündən» danışan Tommi Vietor çox güman ki, bu yaxınlarda İran prezidenti Mahmud Əhmədinejadın Tunis və Misirdəki olaylar zamanı oradakı rejimləri tənqid edənə çıxışın nəzərdə nəzərdə tutub. İslam Respublikasının hökumət başçısının çıxışına münasibət bildirən, ABŞ-ın dövlət katibi Hillari Klinton Əhmədinejadın təmsil etdiyi hakimiyyəti «ikiüzlülük»də suçlandıraraq, demişdi: «Öz ölkəsində müxalifəti əzdikləri halda başqa dövlətdəki müxalifəti dəstəkləyirlər».
«İTAR-TASS»-ın məlumatına əsasən, T.Vietor daha sonra bildirib: «Tehran hakimiyyətinin ölkədən xaricdə insanlar üçün tələb etdiyi haqlara, İran vətəndaşları da layiqdir».
Qeyd edək ki, 2010-cu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə (İslam İnqilab keşikiçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri, onun kəşifiyyat üzrə müavini, «bəsic»in komandanı Hüseyn Taib, sosila təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafa Məhəmməd –Nəccar, baş prokuror Qulamhüseyn Möhsüni-Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran polis polis qoşununun komandanı Əhmədrza Radan, informasiya və milli təhlükəsizlik naziri Heydər Möslehi (ETTELAAT-ın başçısıi) ABŞ sanksiya tətbiq edib.
Həmin sanksiyadan sonra ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərə məsələ ilə bağlı informasiya vasitələrinə açıqlamasında vurğulamışdı : « Bu , insan haqlarını kobudcasına pozduğuna görə Amerikanın İrana qarşı ilk sanksiyasıdır».
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar