Qəddafinin oğlunun türk sevgilisi danışdı - FOTO
Liviya lideri Müəmmər Qəddafinin oğlu Səid əl-İslam Qəddafi ilə 3 il birlikdə yaşayan türkiyəli keçmiş maneken, yeni aktrisa Ebru Şançı aktrisa olmaq istəyinə görə ayrıldığı sevgilisindən danışıb.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Ebru Şançı deyib ki, 2004-cü ildə Londona gedərək orada yaşamağa başlayıb. Ebru Şançı Səid əl-İslam ilə 2008-ci ildə Londonun məşhur Movida gecə klubunda tanış olub: “Daha doğrusu, gecə məni görüb. Ortaq dostlarımız aradı və ertəsi gün bizi tanış etdilər. Zarafatcıl, kübar və intellektual bir şəxsdir. Müəmmər Qəddafinin oğlu olduğunu bilmirdim, 3 ay boyunca bunu mənə söyləmədi. Məni Liviyaya dəvət etdi. Prezident Sarayında atası Müəmmər Qəddafi də süfrəyə əyləşən zaman gerçəyi öyrəndim”.
Müəmmər Qəddafinin onu çox bəyəndiyini və müsəlman olduğundan sevindiyini dilə gətirən Ebru Şançı qeyd edib ki, Səid özü də türkləri çox sevir: “Səid Liviyada tikinti sahəsinə baxır. Bir çox türk dostu var. Əgər Liviyada hakimiyyəti ona tapşırarlarsa, hər şey qaydasına düşər, Liviya 5 ildə inkişaf edər. O, atası kimi sərt deyil. Səid kübar, ağıllı və insanpərvər birisidir. Mən Müəmmər Qəddafinin xalqına qarşı etdiklərini doğru saymırdım, o da bu əməlləri təqdir etmirdi”.
Məhz Səid əl-İslamın onu oxutduğunu xatırladan Ebru Şançının sözlərinə görə, sevgilisi ona həmişə qayğı ilə yanaşıb: “Səid həm də comərd idi. Məni Londonun ən bahalı, ili 100 min dollar olan Regent Kollecində 2 il oxutdu. Nyu-York Universitetində də onun sayəsində təhsil aldım. Xüsusi müəllimlər tutdu və ingilis, fransız və ərəb dilini öyrəndim. O, mənim manekenlik etməyimi istəmirdi”.
Ebru Şançı onu da qeyd edib ki, əyləncəyə və qadınlara düşkün olan Səid əl-İslam onu həmişə fərqləndirib: “Təbii olaraq, qadınlar üstünə atılırdılar. Ətrafında bəlkə 100 qadın vardı. Bir hərəmxanadan danışsaq, onun hərəmxanasının sultanı mən idim. Həmişə bunu mənə hiss etdirib, Bodrumda villa kirayələyib. Ancaq biz onun ətrafındakı mühafizəçilər səbəbindən çox özəl məsələlər barədə danışa bilmirdik. Fotoaparat və video cihazları aparmağa icazə vermirdilər. Yeganə şəklimiz var, o da Yunanıstanda istirahətdə olarkən çəkilib”.
Ebru Şançı ayrılığının da səbəbinə aydınlıq gətirib: “Hər şey yaxşı idi, amma birlikdə çox vaxt keçirə bilmirdik. Həm də mən aktrisa olmaq istəyirdim və buna görə də Nyu-York Universitetində təhsil aldım. Ancaq Səid buna qarşı çıxırdı. Hər şeyi buraxıb, onunla Liviyaya getməyimi istəyirdi. Mən isə Liviyaya getmək istəmirdim və ayrıldıq. Bu, mənim üçün şirin bir xatirə kimi qaldı”.

Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14