Bəhreyndə parlament binası mühasirəyə alındı
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, binanın mühasirəyə alınması nəticəsində parlamentin yuxarı palatasının kral tərəfindən təyin edilmiş üzvləri parlamentə daxil ola bilməyiblər və bu günə təyin olunmuş iclas baş tutmayıb. Radikallığı ilə seçilən Azadlıq və Demokratiya Uğrunda Hərəkatın liderlərindən olan Hasan Mşaym deyib ki, son iki həftədə baş verən toqquşmalarda 7 nəfər həlak olub. Aksiyalarda məqsəd Bəhreyndə kral hakimiyyətinin devrilməsinə, ya da minimum konstitusiyalı monarxiya rejiminə keçidə nail olmaqdır.
Qeyd edək ki, ölkədə əsas müxalif qüvvə olan Əl-Vəqf Partiyasının deputatları parlamenti boykot edirlər. Əl-Vəqf Partiyasının rəsmi nümayəndəsi Xəlil əl-Marzuki deyib ki, kral Xamad ben İsa əl-Xəlifə 5 naziri dəyişməklə manevr edir: “Biz Nazirlər Kabinetinin bütün tərkibdə istefaya göndərilməsini və Milli Xilas Hökumətinin qurulmasını tələb edirik”.

465