Fransa xarici işlər naziri istefaya getdi
Fransa prezidenti Nikolya Sarkozi xarici işlər, daxili işlər və müdafiə nazirlərini dəyişib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Nikolya Sarkozi televiziya ilə xalqa müraciətində deyib ki, baş nazir Fransua Fiyonla güc strukturlarını və Xarici İşlər Nazirliyini yenidən təşkil etməyə qərar veriblər.
Beləliklə, xarici işlər naziri postuna bu vaxta qədər müdafiə naziri olan Alen Jyuppe gətirilib. O, öncəki xarici işlər naziri Michele Alliot-Maridən fərqli olaraq Türkiyəyə isti münasibəti ilə seçilir, zamanında İstanbuldakı Qalatasaray Universitetinin qurulmasına dəstək verib.
Müdafiə naziri hakim Xalq Hərəkatı İttifaqı Partiyasının parlament fraksiyasının rəhbəri Jerar Lonq olub. Prezidet Sarayının baş katibi Klod Qean isə daxili işlər naziri təyin edilib. O, bu postda Bris Ortefeni əvəzləyib.
Qeyd edək ki, hökumətdəki dəyişikliklər xarici işlər naziri Mişel Alliot-Marinin istefaya getməsi ilə başlayıb. O, Tunisin devrilmiş prezidenti Zin əl-Abdin bin Əli ilə əlaqələrdə ittiham edilib.

Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05