Qəddafinin nəzarətində 4 məhəllə və Prezident Sarayı qaldı
28 fevral 2011 10:34 (UTC +04:00)

Qəddafinin nəzarətində 4 məhəllə və Prezident Sarayı qaldı

0
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 27-də ən diqqət çəkən məqam Tripolidəki polislərin tamamən aksiyaçıların tərəfinə keçməsi olub.
Müəmmər Qəddafinin yanında yalnız Nigeriya, Çad Zimbabve kimi ölkələrdən gətirilən və adambaşına hər gün 18 min dollar verdiyi muzdlu əsgərlər qalıb. Liviya liderinə növbəti zərbə istefa verən ədliyyə naziri Abdul Cəlilin üsyançıların nəzarətindəki Benqazi şəhərində xalq hökuməti qurduğunu elan etməsi olub. ABŞ başda olmaqla, Qərb ölkələri Abdul Cəlilinin qurduğu müvəqqəti hökuməti tanıdıqlarını bəyan edib.


Müəmmər Qəddafi isə təslim olmaq niyyətində deyil. Liviyada hər ailə başına Müəmmər Qəddafi tərəfindən vəd olunan 400 dollarlıq çeklər paylanılıb. Eyni zamanda hər bir kəsin ayda 100 dollar pulsuz telefonla danışmaq haqqına malik olacağı bildirilib. Ancaq bütün bu vədlərə baxmayaraq, Tripolidə hər 100 mağazadan yalnız 4-ü açıqdır.


Benqazi şəhərində aksiyaçılar tərəfə keçən hərbçilər isə insanlara silahlardan istifadə etməklə bağlı təlim keçir, xalqı Tripolinin azad edilməsi uğrunda müstəqil əməliyyata hazırlayırlar. Müəmmər Qəddafini hazırda oğlunun rəhbərlik etdiyi “Hamis” birliyi qoruyur.


Dünən Serbiyanın “Pink” telekanalına müsahibə verən Müəmmər Qəddafi isə bir daha Liviyadan getməyəcəyini dilə gətirib və ölkədə baş verənlərə görə xarici gücləri və “əl-Qaidə” terror təşkilatını günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 674

Oxşar yazılar