Qəddafi Berluskoninin də dəstəyindən məhrum oldu
28 fevral 2011 10:25 (UTC +04:00)

Qəddafi Berluskoninin də dəstəyindən məhrum oldu

0
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, BMT-nin Müəmmər Qəddafi və ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməsindən, ABŞ prezidenti Barak Obamanın onu istefaya çağırmasından sonra İtaliya da mövqeyini ortaya qoyub.

Qeyd edək ki, İtaliyanın baş naziri Silvio Berluskoni bu vaxta qədər Müəmmər Qəddafiyə dəstək verib və Avropa Birliyi də məhz İtaliyanın mövqeyi səbəbindən Liviyaya qarşı sanksiyalar qəbul edə bilməyib. Ancaq “Sky-24” telekanalına açıqlama verən İtaliyanın xarici işlər naziri Franko Frattini artıq Liviyadakı proseslərin geri dönməyəcək məcrada inkişaf etdiyini bildirib.

Franko Frattini deyib ki, Müəmmər Qəddafinin hakimiyyətdən getməsi qaçılmazdır: “Pulla muzdu əsgərlər tutan və xalqına atəş açılması əmri verən bir lider indiyə qədər görməmişdik”.

O, 2008-ci ildə Liviya və İtaliya arasında imzalanan dostluq sazişinin də dondurulduğunu söyləyib.

Bu arada Liviya hakimiyyətindən icazə almayaraq bu ölkədəki vətəndaşlarını təxliyə etmək üçün təyyarə göndərən Böyük Britaniyaya həyəcanlı xəbər gəlib. Böyük Britaniyanın “S-130” markalı hərbi nəqliyyat təyyarəsi Liviyada atəşə tutulub. Xoşbəxtlikdən təyyarəyə ciddi ziyan dəyməyib və 150 sərnişini gətirən təyyarə Maltaya enib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar