11 min il əvvəl yaşamış uşaq tapıldı
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Tanana çayının deltasında 11,5 min əvvəl yaşamış uşağın kömürləşmiş qalıqları aşkarlanıb.
Arxeoloq Ben Potter deyib ki, bu, “Buz dövrü”nün sonunda yaşamış 2-4 yaşlı uşağa məxsus qalıqlardır. Qazıntılar zamanı daş əmək alətləri, ocaq yeri, qədim komanın izləri də aşkarlanıb. Köçəri həyat tərzi yaşayan bu insanlar çox az yaşayış məskənləri qurublar.
Buz dövrünün sonuna aid yaşayış koması ştatda ilk dəfədir ki, aşkarlanır. Bu dövrə aid olan yaşayış məskənləri indiyə qədər yalnız Rusiyada, Kamçatka yarımadasında aşkarlanıb.
Alimlər əmindirlər ki, uşaq təbii səbəblərdən ölüb.

436