Liviya paytaxtı yaxınlığında döyüşlər başladı
25 fevral 2011 18:03 (UTC +04:00)

Liviya paytaxtı yaxınlığında döyüşlər başladı

Liviyada qanlı toqquşmalar davam edir. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, ölkənin şərq hissəsinə nəzarəti tamamilə ələ keçirən üsyançılar paytaxt Tripoliyə yaxınlaşırlar.

Bu gün paytaxt mərkəzini zirehli texnika ilə əhatəyə alan hərbçilər nümayişçilərə atəş açmağa başlayıblar. Paytaxta yaxın şəhər və kəndlərin artıq hökumət əleyhdarlarının əlinə keçdiyi bildirilir.

Hökumətə bağlı əsgər və polislər də mövqe dəyişdirməyə davam edirlər. Ən son olaraq, Acdabiya şəhərində xidmətdə olan hərbçilərin və polislərin müxalifət sıralarına keçməsi xəbəri gəlib. Bölgədə nüfuzu olan tayfa liderlərinin bir hissəsinin də Qəddafiyə qarşı üsyana qalxdığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853

Oxşar yazılar