Çin iqtisadi cinayətlərə görə edam hökmünü ləğv etdi
26 fevral 2011 03:01 (UTC +04:00)

Çin iqtisadi cinayətlərə görə edam hökmünü ləğv etdi

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsində zorakılıq xarakterli daşımayan iqtisadi cinayətlərə görə edam hökmünün tətbiq olunması ləğv edilib.

Beləliklə, edam hökmü ilə cəzalandırılan cinayət növlərinin sayı 13-ə qədər azalıb. Edam hökmü ləğv olunan cinayət əməlləri sırasına tarixi əsərlərin qaçaqmalçılığı, dələduzluq və vergidən yayınma var. Əgər cinayətkarın yaşı 75 yaşı keçibsə, bu halda da onun haqqında edam hökmü çıxarılmayacaq. Yalnız xüsusi qəddarlıqla həyata keçirilmiş cinayət əməlləri bu halda istisnadır. Çin Xalq Yığıncağının sədri Şanq Şenq digər cinayət əməlləri üçün nəzərdə tutulan edam hökmünün ləğvinin isə mümkün olmadığını bildirib.

Qeyd edək ki, Çin edam hökmlərinə görə dünyada lider mövqedədir. 2009-cu ildə və 2010-cu ilin ilk yarısında Çində 5 min nəfər edam olunub. Bu müddət ərzində dünyanın digər ölkələrində cəmi 5 min 679 nəfər edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar