İtaliya Liviyada hərbi əməliyyata hazırlaşır
25 fevral 2011 16:03 (UTC +04:00)

İtaliya Liviyada hərbi əməliyyata hazırlaşır

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İtaliyanın müdafiə naziri İnyatsio La Russa bildirib.

İnyatsio La Russa deyib ki, Liviyanın cənub-şərqində italyanlar var və onların ərzaq ehtiyatları tükənir: “Biz onları xilas edəcəyik. Artıq italyanların evakuasiyası planı hazırlanıb və hazırda hərbçilər İtaliya Xarici İşlər Nazirliyinin qərarını gözləyirlər”.

Qeyd edək ki, 500-ə yaxın İtaliya vətəndaşı daimi Liviyada yaşayır. Bundan əlavə, Liviyada yüzlərdə italyan turist, alim, şirkət əməkdaşları var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar