İraqda da hökuməti devirirlər
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Bağdadda aksiyaçılar polis postunu yararaq Təhrir meydanına daxil olublar. Təhrir meydanına toplaşan minlərlə insan “Xalq dəyişiklik istəyir!”, “Xalq rejim islahatları istəyir!” şüarları səsləndirir. Mosulda isə hərbçilər xalq kütlələrinə atəş açıb, 13 nəfər öldürülüb. Buna baxmayaraq, Mosulda vali sarayı ələ keçirilib. Şəhərdəki qarnizonlardan biri xalq tərəfə keçdiyini bəyan edib.
Ramadi və Əl-Fəlluca şəhərində də aksiyaçılara atəş açılıb. Ölən və yaralananlar var. Kərkük və digər şəhərlərdə də analoji vəziyyət yaranıb. Bəsrə və ölkənin cənubundakı digər böyük şəhərlərdə aksiyalar cümə namazından sonra başlayacaq.
Siyasi müşahidəçilərə görə, İraqda başlayan aksiyaların son nəticədə ölkəni işğal edən ABŞ-ın maraqlarına ciddi zərbə vuracaq.

Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19