Dünyanın ən bahalı qəzası – FOTO
25 fevral 2011 19:41 (UTC +04:00)

Dünyanın ən bahalı qəzası – FOTO

Almaniyalı iş adamı Steffen Korbaç 2,1 milyon dollar dəyərində “Pagani Zonda F Clubsport Roadster” markalı avtomobilini İtaliyada yol kənarındakı maneələrə çırpıb.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, avtomobil tanınmaz hala düşüb, 28 yaşlı iş adamının isə bəxti gətirib və qəzadan sıyrıqlarla sağ qurtulub. Ancaq bu, dünya tarixinə ən bahalı avtomobil qəzası kimi düşüb.



Dünyanın ən bahalı avtomobillərindən olan “Pagani Zonda F Clubsport Roadster” 3,5 saniyədə 100 kilometr/saat sürət toplaya bilər maksimal sürəti saatda 344 kilometrə çatır.

Steffen Korbaç isə artıq yeni “Pagani Zonda F Clubsport Roadster” avtomobili sifariş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar