Qəddafinin bank hesabları donduruldu
Liviyada prezident Müəmmər Qəddafiyə sadiq hərbi qüvvələrin açdığı atəş nəticəsində qətlə yetirilən aksiya iştirakçılarının cəsədləri təyyarələrə yüklənərək, boş səhralara atılır.
Lent.az-ın verdiyi məlumata görə, bunu BBC-yə açıqlamasında Liviyanın BMT-dəki nümayəndəliyinin rəhbərinin müavini İbrahim Dabbasçi söyləyib.
Şahidlər Müəmmər Qəddafinin muzdlu əsgərlərinin aksiyaçıların başından və sinəsindən nişan aldıqlarını və yalnız öldürmək məqsədilə atəş açdıqlarını söyləyirlər. Fransanın insan hüquqları üzrə səfiri Fransua Zimer isə bildirib ki, Müəmmər Qəddafi insanlıq əleyhinə cinayətə yol verir və fevralın 15-dən indiyə qədər öldürülənlərin sayı 2 min nəfərə çatıb.
Bu arada İsveçrə Müəmmər Qəddafinin bütün bank hesablarını dondurub. Bu addımın Müəmmər Qəddafi rejiminin ölkədə aksiyaçılara qarşı qəddarlıq nümayiş etdirilməsinə cavab olaraq atıldığı bəyan edilib. Konkret hansı aktivlərin dondurulduğu isə açıqlanmır.

495