Qəddafinin muzdluları əsir götürüldü –
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda xalqın əlində olan Liviyanın ikinci böyük şəhəri - Benqazi sakinləri muzdluların baraklarını dağıdıblar.
Agentlik onlarla muzdlu əsgərin əsir götürüldüyünü bildirir. Hazırda onların hamısı Benqazi məhkəməsinin binasında saxlanılır. Onların bəzilərinin Liviyanın cənub rayonlarının, o birilərinin isə Afrikanın digər dövlətlərinin sakinləri olduğu bildirilir.
Şəhərin idarəçiliyinin təşkilində iştirak edən 50 yaşlı imam Buqayqis bildirib ki, muzdlular artıq sorğu-suala çəkilib: “Onlar təhlükəsiz yerdədirlər və onlara yaxşı baxılır”.
Şəhər sakinləri Qəddafi tərəfdarlarının insanlara atəş açılmadığı barədə iddialarını təkzib edən materiallar da təqdim ediblər. Çəkilən videolarda insanlara qarşı istifadə olunan ZTR nümayiş olunur. Ətrafda iri çaplı pulemyotların gilizləri dağılıb. Bundan əlavə, insanlardan biri kamera qarşısında muzdlu əsgərin geyimini nümayiş etdirir...

600