Sarkozinin Türkiyə səfəri baş tutmaya bilər
24 fevral 2011 14:20 (UTC +04:00)

Sarkozinin Türkiyə səfəri baş tutmaya bilər

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyədə çox az müddətdə olmaq istəyən Sarkozi prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan ilə keçirəcəyi görüşlərin müddəti və mətbuat konfransı kimi məsələlərdə Ankaranı hövsələdən çıxaran şərtlər irəli sürüb.

Buna görə də görüş təxirə salınmaq mərhələsinə gəlib çatıb. Nikolya Sarkozinin Türkiyə səfəri ilə bağlı məlumat Fransa prezidentinin internet saytında yerləşdirilib. Lakin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə səfərin son dəqiqədə belə ləğv edilmə ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, Sarkozi rəsmi səfər deyil, “G-20”-yə rəhbərliyə hazırlıq çərçivəsində işgüzar səfərlə Ankaraya gəlməlidir. Səfər əvvəlcə 2 gün nəzərdə tutulsa da, sonradan bir günlük planlaşdırılıb, həm də 5 saatlıq müddətə qədər azaldılıb.

Türkiyə mətbuatının yazdığına görə, Türkiyə prezidenti Abdulla Gülün dəftərxana müdiri, səfir Hüseyin Avni Karslıoğlu keçən həftənin sonunda Fransanın Ankaradakı səfiri Bernard Emieyi Prezident Sarayına çağırıb. Səfirə bildirilib ki, Ankara Nikolya Sarkozinin səfərinin layiqli olmasını istəyir, ancaq müddətlə bağlı şərtlər davam edərsə, səfər məqbul sayılmır.

Bernard Emie isə deyib ki, Sarkozinin səfəri seçki dövrünə təsadüf edir və səfər təxirə salınarsa, bu ziyarətin yaxın vaxtlarda təşkil edilməsi çətin olacaq. Səfir vəziyyəti Fransa hakimiyyətinin diqqətinə çatdıracağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar