Qəddafinin şəxsi pilotu Avropaya qaçıb
Lent.az-ın “TV2” telekanalına istinadən verdiyi məlumata görə, Liviya hökuməti üçün işləyən Norveç vətəndaşı həyat yoldaşı və qızı ilə bir yerdə Vyanaya gedib.
Odd Birqer Yohanson Avstriya paytaxtına köçməsi barədə danışıb: “Vəziyyət son dərəcə gərgindir. Mən isə qəhrəman deyiləm, evimə qayıtmaq qərarına gəldim”.
Yohanson evə qayıdandan sonra Qəddafiyə necə işlədiyi və Liviya rəhbərinin şəxsi həyatı barədə danışacağına söz verib. Hələlik isə o, Qəddafi tərəfindən heç bir pislik görmədiyi barədə bəyanatla kifayətlənib: “Mənimlə özünü son dərəcə nəzakətli aparırdı”.
Qeyd edək ki, Liviya lideri ölkənin şərqindəki şəhərlərə nəzarəti itirib. Dünən isə Benqazidən 160 kilometr uzaqda qırıcı təyyarə yerə çırpılıb. Məlum olub ki, şəhəri bombalamaqdan imtina edən pilotlar təyyarəni qəzaya uğratmağa qərar veriblər. Onlar qəzadan əvvəl katapult ediblər. Digər məlumatda isə şəhəri bombalamaq əmrini yerinə yetirməyən pilotların təyyarəsinin raketlə vurulduğu bildirilir.

Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14