Qəddafi Misurata şəhərinə də nəzarəti itirdi
23 fevral 2011 18:32 (UTC +04:00)

Qəddafi Misurata şəhərinə də nəzarəti itirdi

Liviya lideri Müəmmər Qəddafinin tərəfdarları paytaxt Tripolinin Yaşıl meydanına toplaşmağa başlayıblar. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu insanlar qaval çalaraq şəhər küçələrində avtomobillərlə gəzir, yaşıl bayraq yelləyir, Müəmmər Qəddafinin portretlərini gəzdirir, “Xalqın iqtidarı, ya da ölüm!” şüarı səsləndirirlər.

Tripolidə mağazaların çoxu bağlıdır, ancaq çörək mağazaları və yanacaqdoldurma məntəqələrinin önündə böyük növbələr var. Bu arada Liviyanın qərbindəki Misurata şəhərinə nəzarətin Müəmmər Qəddafi əleyhdarlarının əlinə keçdiyi barədə xəbər gəlib. Bu, hökumət əleyhdarlarının ölkənin qərbində ələ keçirdikləri ilk şəhərdir.

Liviyanın şərqində isə ordunun böyük hissəsi Müəmmər Qəddafi əleyhdarlarının tərəfinə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar