Qəddafi əleyhdarları Tobruku ələ keçirdilər
Liviyada Müəmmər Qəddafi əleyhdarları Tobruk şəhərinə nəzarəti tam ələ keçiriblər.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, şəhərdə Müəmmər Qəddafinin şərəfinə qoyulmuş heykəl götürülüb.
Şəhərdəki hərbi qarnizon da aksiyaçılar tərəfə keçib. Qarnizonun rəisi, general Soliman Mahmud əl-Obeyli deyib ki, Müəmmər Qəddafi xalqın etimadını itirib və Benqazi şəhərində hakimiyyətin dinc kütləyə atəş açılması barədə əmr verdiyini eşidəndən sonra xalqın tərəfinə keçib. General bildirib ki, Müəmmər Qəddafinin yaxın bir neçə gündə hakimiyyəti itirəcəyinə əmindir.
Qeyd edək ki, Liviyanın şərqindəki Tobruk liman şəhərində İkinci Dünya Müharibəsi dönəmində almanlarla anti-Hitler koalisiyası arasında qanlı döyüşlər gedib. Hazırda da şəhərdə Müəmmər Qəddafinin əmri ilə bombalanmış hərbi sursat anbarlarından tüstü yüksəlir.

626