Nyu-Yorkda çimərliklər və parklarda siqaret çəkmək qadağan edildi
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Nyu-York meri Maykl Blumberq bununla bağlı qanun imzalayıb. Qanun mayın sonunda qüvvəyə minəcək və tətbiq olunacaq.
Qeyd edək ki, uzun illərdir ki, Nyu-Yorkda bar, restoran, ofis və digər ictimai yerlərdə siqaret çəkmək qadağandır. Ancaq çimərliklərdə və parklarda siqaret çəkilməsinə qadağa qoyulması əhali arasında birmənalı qarşılanmayıb. Siqaret çəkənlərin çoxu bunu diskriminasiya kimi dəyərləndirir.

645