Qəddafi neft kəmərlərini partlatmağa hazırlaşır
Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Time” jurnalı Liviya hökumətinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Neft kəmərlərinin və neft emalı zavodlarının partladılması Müəmmər Qəddafinin aksiya iştirakçılarına “Ya mən, ya xaos!” xarakterli mesajı olacaq. Neft kəmərləri və neft emalı zavodlarının partladılmasından sonra Müəmmər Qəddafi həbsxanalardakı radikal islamçı terrorçuları da azadlığa buraxmaq və bununla da ölkənin xaosa sürüklənməsini sürətləndirmək niyyətindədir.
“Time” yazıb ki, hazırda Liviya prezidenti özünü kütləvi informasiya vasitələri və Qərb siyasətçiləri tərəfindən satılmış hesab edir. Jurnala məlumat verən mənbə onu da bildirib ki, hazırda Müəmmər Qəddafi öz tayfasına və ordunun 5 minlik personalına güvənir.
Ancaq Müəmmər Qəddafinin təhlükəli planlarını nə vaxt həyata keçirəcəyini mənbə “Time” jurnalına açıqlamayıb.

690